Yojef Sayer

Yojef Sayer (mac. Szájer József; 7 sentyabr 1961-ci ildə Şopron şəhərində anadan olub) — Macarıstan siyasətçisi, Fidesz partiyasından olan Avropa Parlamentinin keçmiş üzvüdür. 27 noyabr 2020-ci ildə o, COVID-19 pandemiyası ilə əlaqədar Belçika ərazisində tətbiq olunan ciddi sanitar-epidemioloji məhdudiyyətlərə və qadağalara əməl etməyərək, Brüssel şəhərindəki evlərin birində gizli və kütləvi Party and Play və ya PnP (homoseksual cinsi əlaqədən əvvəl və ya zamanı ehtiras hislərinin gücləndirilməsi və uzadılması üçün seks partnyorları tərəfindən müxtəlif narkotiklərin istifadəsi) gey əyləncə gecəsinə qatılmış və Belçika polisi tərəfindən yaxalanmışdır (yaxalandıqdan 3 gün sonra o, parlamentdəki kreslosundan istefa vermək qərarını vermişdir (istefa 2020-ci ilin dekabr ayının sonunda qüvvəyə minmişdir).


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search